image-tbrz
image-67e51de7cc6df67e51de7cc6e01743068647b00e18aa519cd578d4b242e376e70331backend

Gürcüstan Prezidenti İlham Əliyevi Novruz Bayramı münasibətilə təbrik edib

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Novruz Bayramı münasibətilə təbrik edib.

İNFOAZ.WS xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi və dost Azərbaycan xalqını əlamətdar Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu bahar, yenilənmə və birlik bayramında Sizə xoşbəxtlik, möhkəm cansağlığı, ölkənizə isə sülh, tərəqqi və firavanlıq arzulayıram.

Novruz bayramı əsrlər boyu ölkələr arasında qarşılıqlı hörmət, dostluq, mehribanlıq rəmzi olmuşdur. Çoxəsrlik adət-ənənələrə və mədəni irsə malik olan Novruz xalqlar arasında qarşılıqlı hörmət əsasında qurulan əlaqələrin, sülhün və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyır.

Mən qəti şəkildə inanıram ki, Gürcüstan ilə Azərbaycan arasında uzunmüddətli dostluq və strateji tərəfdaşlıq gələcəkdə də inkişaf edərək regional sülh və sabitliyi daha da möhkəmləndirəcək.

Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, bu əlamətdar bayram münasibətilə dost Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki