“Son illər mənşəyi bilinməyən ətlərin satışa çıxarılması zəhərlənmə və ölüm hallarının artmasına səbəb olub”.
İNFOAZ.WS globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Onun sözlərinə görə, heyvan ətlərinin satışında ciddi nəzarətin olmamasından sui-istifadə hallarının şahidi oluruq:
“Heyvan ətlərinin siyahısının hazırlanmasına, problem aşkarlandığı halda satışın qadağan edilməsinə ehtiyac var ki, sözügedən halların sayı azalsın”.