Hərbi hissədən və ya xidməti postda olarkən ailə üzvlərinə və dostlarına zəng etmək, xidmət, vəzifə və ümumiyyətlə ordu ilə bağlı digər təfərrüatlar barədə danışmaq qadağandır.
İNFOAZ.WS xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi xəbərdarlıq edib.
Bildirilib ki, zəng təkcə sözügedən hərbçi üçün deyil, həm də bütün bölmə üçün ölümcül ola bilər.
“Ən təhlükəlisi smartfon tipli cib telefonu ilə edilən zəngdir”, – xəbərdarlıqda qeyd edilib.