Azərbaycan və Belarus baş nazirləri azad olunmuş ərazilərə səfər edəcək.
İNFOAZ.WS APA-ya istinadla xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində belaruslu həmkarı Aleksandr Turçinlə geniş tərkibli görüşdə bildirib.
“Sabah Qarabağın işğaldan azad edilmiş ərazilərinə – aqroşəhər salınması nəzərdə tutulan Ağdam rayonunun Qızıl Kəngərli kəndinə səfər edəcəyik”, – baş nazir qeyd edib.