Əsəd rejiminin bizə və qonşu dövlətlərə təsiri olacaqmı?
Mövzu ilə bağlı Politoloq Turan Rzayev İNFOAZ.WS -ə açıqlamasında bildirib ki, Əsədin devrilməsi Suriya və Yaxın Şərq üçün yeni bir başlanğıc olacaq.
“Əsədin devrilməsi Ankara, Vaşinqton, Təl-Əvivin ortaq marağı idisə , yerini alacaq kimi olması, ya da Suriyanın bölünməsi məsələsi ciddi fikir ayrılığına səbəb olacaq. ABŞ-ın Əsədi Ankaraya heçnəsiz güzəştə getdiyini düşünmürəm. Bu hadisə ilə Suriyada Kürd məsələsi başlıca gərginlik yaradacaq. Əsəddən sonra Ankaranın növbəti hədəfi Rojava kürdləri olacaq”.
Politoloqun sözlərinə görə , hazırkı prosseslərdə Təl-Əviv və Ankara ortaq hərəkət etsə də tərəflər yenidən əks mövqedədir.
Bildirək ki, kürd , miqrant məsələsi, yeni iqtidarla dioloq yolları, böyük güclərin Suriya planları Ankaranı gözləyən problemlər arasındadır.
Fatimə Məmmədova