image-tbrz
image-41backend

Ərsin Tatar Azərbaycana gəlir

Kuzey Kıprıs Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar bu il sentyabrın ilk həftəsində Azərbaycana səfər edəcək.

İNFOAZ.WS  Report-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

Ə.Tatar Prezident İlham Əliyevin aprelin 11-də Antalyada keçirdikləri ikitərəfli görüş zamanı onu Azərbaycana səfərə dəvət etdiyini bildirib:

“Azərbaycanla milli dəyərlərimizi, könül bağlarımızı, hər cür mədəni zənginliyimizi bölüşmək istəyirik. Şimali Kipr hökuməti olaraq “Bir millət, üç dövlət” anlayışına sahibik. Bu anlayış çərçivəsində aramızdakı iqtisadi, ticari, turizm sahələrində güclü əlaqələr var. Azərbaycanlı deputatların Şimali Kiprə gəlməsi, bizim məclis üzvlərimizin Azərbaycana səfəri çox önəmlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki