Ermənistan bu ölkənin yanındadır.
İNFOAZ.WS Aysor.am-a istinadən xəbər verir ki, Magdeburq Milad yarmarkasında həlak olanlara görə yas saxlanılır. Bunu Ermənistanın səfiri bildirib:
“Bu çətin zamanda Ermənistan Almaniyanın yanındadır,” – bunu Almaniya və Lixtenşteyn Knyazlığında Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Viktor Yenqibaryan öz Facebook səhifəsində yazıb.
“Biz dost Alman xalqına tam həmrəyliyimizi ifadə edir və Magdeburq Milad yarmarkasında həlak olanlara görə yas saxlayırıq,” – Yenqibaryan qeyd edib.
Fatimə Məmmədova