image-tbrz
image-1526162backend

Əminə Əliyeva Bakıda belə qarşılandı

Xəbər verdiyimiz kimi, İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar. Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

İNFOAZ.WS oxu.az-a istinadən xəbər verir ki, kunq-fu üzrə Azərbaycan millisinin tərkibində dünya çempionu olan Əminə Əliyeva bildirib ki, İtaliyanın Peruca şəhərində keçirilən yarışda qızıl medal qazanmaq onun üçün elə də asan olmayıb.

“İki ildən sonra Olimpiya Oyunları olacaq. Orada yaxşı çıxış edəcəyimə ümid edirəm”.

Qeyd edək ki, Əminə Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəvəsidir. O, Leyla Əliyeva və Emin Ağalarovun övladıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki