Elxan Elatlının əsərləri real həyatdakı insanlara və hadisələrə yaxın olur.
Dedektiv romanlarının cəmiyyətdəki sosial problemləri əks etdirməkdə rolu nədir?
Mövzu ilə bağlı dedektiv romanların müəllifi, yazıçı Elxan Elatlı “İNFOAZ.WS“-a bildirib ki, dedektiv romanlarında adətən çox kənara çıxılmır.Başqa məsələlərə toxunulmadan cinayət və cinayətin açılışı olur.
“Mən cəmiyyətdə baş verən hadisələri- məni ağrıdan eyni zamanda sevindirən və diqqətimi cəlb edən hadisələri dedektiv romanımda verə bilirəm”.
Yazıçının sözlərinə görə cinayət və cinayətin açılması ilə hər zaman xeyir qalib gəlir və oxucular arasında inamsızlıq varsa o da aradan götülür.
“Bütün dedektiv romanlarda mütləq cinayətin üstü açılır və qatil cəzalandırılır”.
Qeyd edək ki, Elxan Elatlı hazırda gənc kütlənin ən sevdiyi yazıçılardandır.
Fatimə Məmmədova
İNFOAZ.WS