image-tbrz
image-16backend

Ələt və Fatmayıda hərbi sursatlar aşkar edildi

Bakının Qaradağ rayonu, Ələt qəsəbəsində və Abşeron rayonu, Fatmayı kəndində hərbi sursatlar aşkar edilib.

Bu barədə İNFOAZ.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra çevik qrup tərəfindən ümumilikdə 1 ədəd 100 mm-lik top mərmisi, 4 ədəd RQD-5 əl qumbarası və 4 ədəd UZRQM partladıcısı götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki