Aprelin 22-dən 24-nə qədər Yer kürəsində G1 və G2 səviyyəsində maqnit qasırğalarının baş verməsi ehtimal olunur.
İNFOAZ.WS xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat yayıb.
Onun sözlərinə görə, axşam saatlarında başlayacaq qasırğalar Günəşdə yaranmış iri koronal dəlikdən çıxan sürətli günəş küləklərinin Yerə çatması nəticəsində formalaşacaq. Gözlənilən geomaqnit aktivlik 24 aprelədək davam edə bilər.
Bu dövrdə maqnit sahəsindəki dəyişikliklər meteohəssas insanlara təsirsiz ötüşməyə bilər. Mütəxəssislər bu günlərdə baş ağrısı, təzyiqin dəyişməsi, yuxusuzluq və ümumi yorğunluq halları ilə qarşılaşanlara daha çox su içməyi, istirahət etməyi və stressdən uzaq durmağı tövsiyə edirlər.