image-tbrz
image-edalet-verdiyev-1backend

Ədalət Verdiyevi neçə illik həbs cəzası gözləyir? – AÇIQLAMA

Bildiyimiz kimi, Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi-ekspert Ədalət Verdiyev həbs edilib.

Media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı bu ilin noyabrın 22-də Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.

Bəs hansı kateqoriyalara aid məlumatlar dövlət sirri hesab olunur?

Mövzu ilə bağlı Vəkil Cavanşir Qasımzadə “İNFOAZ.WS“ə bildirib ki, bu gün dövlət sirri , dövlətlərin daxili və xarici təhlükəsizliyi üçün müəyyən məlumatların gizlədilməsi kimi davam edir:

Vəkil Cavanşir Qasımzadə

 

“Dövlət sirri haqqında” qanunun 1-ci maddəsinə əsasən dövlətin hərbi, xarici siyasi, iqtisadi, kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindəm mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri hesab edilir”.

Vəkil bu gün istənilən Azərbaycan Respublikasının vətəndaşı hərbi ekspert, vəzifəli şəxs olub olmamasından asılı olmayaraq dövlət sirrini yaydığına görə məsuliyyət daşıdığını qeyd edib.

“Cinayət məcəlləsinin 284-cü maddəsi birbaşa dövlət sirrinin yayılması cinayət əməlindən bəhs edir və cinayətin ictimai təhlükəliliyinin dərəcəsindən asılı olaraq üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur”.

Qeyd edək ki, Ədalət Verdiyevin cinayət işi üzrə iş üzrə ibtidai istintaq davam etdirilir, iş üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.

Fatimə Məmmədova,

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki