image-tbrz
image-19backend

Ədalət Partiyasının qurultayı keçiriləcək, yeni sədr seçiləcək

Ədalət Partiyasının qurultayı keçiriləcək.

Bu barədə Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib.

Mütəllim Rəhimli deyib ki, yaxın günlərdə Ədalət Partiyasının qurultayı ilə bağlı partiya rəhbərliyi toplaşaraq qərar verəcək: “Yeni sədrimizi qurultay seçəcək”.

Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.(apa)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki