image-tbrz
image-xeste-yarali-elbackend

Dəhşətli qəzada ölənlərin sayı 7-yə çatdı

Ötən axşam Bakı-Qazax magistral yolunun Tovuzdan keçən hissəsində baş verən qəzada xəsarət alan 13 yaşlı Z.Həsənov vəfat edib. 

İNFOAZ “Qafqazinfo”a istinadən xəbər verir ki, o bu gün müalicə aldığı Gəncə Şəhər Birləşmiş Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib. “VAZ”da olan 5 hərbçinin hamısı, digər avtomobildə olan mülki şəxs Elmar Həsənov hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarətləri almışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki