Xarici İşlər Nazirliyi çərşənbə axşamı İran İslam Respublikasının Qətər Dövlətindəki səfiri Əli Salehabadini çağıraraq, Qətər Dövlətinin İran İnqilabı Keşikçiləri Korpusunun Əl-Udeyd Hərbi Hava Bazasına hücumunu kəskin şəkildə pislədiyini bir daha bəyan edib.
İNFOAZ.WS xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Doha SEPAH-ın Əl-Üdeyd aviabazasına endirdiyi zərbəni pisləyir və beynəlxalq hüquqa uyğun olaraq hücuma cavab vermək hüququnu özündə saxlayr.
RAUF,
İNFOAZ.WS