image-tbrz
image-25backend

Daha bir ölkə Bakı-İrəvan razılaşmasını alqışladı

İsveç Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayıb.

İNFOAZ.WS xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin X səhifəsində məlumat yayılıb.

“İsveç Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılığa gəlməsi xəbərini alqışlayır və regionda davamlı sülh, sabitlik və firavanlığa töhfə vermək üçün onun tezliklə imzalanmasına çağırır”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki