image-tbrz
image-912df865-5e25-4be6-84b1-3ed99669836bbackend

Cinayətkarlar tələbələrə böyük məbləğdə pul təklif edir

Cinayətkarlar tələbələrə böyük məbləğdə pul təklif edir.

İNFOAZ.WS The New York Times-a istinadla bildirir ki, fentanil imperiyalarını qurmaq üçün Meksika cinayətkar qrupları qeyri-adi bir istedad mənbəyinə üz tuturlar: nə muzdlu qatil, nə də polis işçiləri. Əksinə, onlar Meksika universitetlərində oxuyan kimya tələbələrini hədəfə alırlar. Kartel laboratoriyalarında “aşpazlar” The New York Times qəzetinə bildirib ki, daha güclü narkotik hazırlamaq və “daha çox insanı asılı vəziyyətə salmaq” üçün qabaqcıl kimya biliklərinə malik işçilərə ehtiyac var.

ABŞ rəsmiləri deyir ki, əgər bu işdə müvəffəq olsalar, bu, fentanil böhranında qorxunc yeni bir mərhələni təmsil edəcək. Belə ki, Meksika kartelləri son dövrlərin ən ölümcül narkotiklərindən biri üzərində daha çox nəzarət əldə edəcəklər.

Bir tələbənin sözlərinə görə, laboratoriyaya gələn bir kartel rəhbəri onun işini bəyəndiyini deyib və əgər o, prekursorların hazırlanmasında müvəffəqiyyət qazansa, kartelin ona ev, maşın və ya istədiyi hər şeyi verəcəyini vəd edib.

“Atam suallar verəndə yalan deyib, bir şirkətdə işlədiyimi söyləyirəm,” ikinci kurs tələbəsi deyib. “Düşünürəm ki, əgər bilsəydi, bu pulu qəbul etməzdi.”

Fatimə Məmmədova

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki