image-tbrz
image-image_940x_678397b46fc7dbackend

Çexiyada GÜCLÜ partlayış: Altı nəfər ölüb, xeyli yaralı var

Çexiyanın qərbində yerləşən Most şəhərində restoranda baş verən partlayış və yanğın nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə CTK agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində səkkiz nəfər yaralanıb.

Yanğından Mühafizə İdarəsinin məlumatına görə, propan-butan silindri partlayıb, daha sonra binada yanğın başlayıb.

Səlahiyyətlilər həmçinin yaxınlıqdakı binalardan 30-a yaxın insanı təxliyə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki