Cənubi Koreyada nə baş verdi?
İNFOAZ.WS Habertürk-ə istinadla bildirir ki, Cənubi Koreya Prezidenti Yoon Suk Yeol, Şimali Koreya təhdidi və müxalifətin “dağıdıcı” səyləri səbəbilə hökumətin iflic vəziyyətə düşdüyünü bildirərək ölkədə hərbi vəziyyət elan etdiyini açıqlayıb. Prezident Yoon Suk Yeol açıqlamasında hərbi vəziyyətin bir neçə saat ərzində keçiriləcək kabinet iclasından sonra ləğv ediləcəyini bəyan edib. Bu zaman Cənubi Koreya ordusu parlamentdən geri çəkilib.
Bir müddətdir siyasi təzyiqlərlə üzləşən Prezident Yoon Suk Yeol, ölkədə 50 ildən çox müddətdən sonra ilk dəfə hərbi vəziyyət elan edib. Prezident gecəyarısı dövlət televiziyasında etdiyi çıxışda Şimali Koreyanı təhdid olaraq göstərərək, “Şimali Koreya tərəfdarı, dövlət əleyhinə qüvvələri zərərsizləşdirmək üçün “hərbi vəziyyət elan edirəm” ifadələrini işlədib.
Dünya ictimaiyyətini şoka salan bu açıqlama, həm Cənubi Koreyada, həm də beynəlxalq mediada Prezident Yoon’un siyasi təzyiqlərdən qurtulmaq üçün belə bir addım atdığı kimi dəyərləndirilib.
Beləliklə, hərbi vəziyyətin qısa müddətdə ləğv olunması vəziyyəti normallaşdırıb.
Fatimə Məmmədova