Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
İNFOAZ.WS report-a istinadla xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
“Opel” və VAZ 2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində VAZ-ın sərnişini – 2023-cü il təvəllüdlü N. Vahibzadə ölüb, 2 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.