Xəbər verdiyimiz kimi, dünya şöhrətli müğənni İnna avqustun 30-da Sea Breeze-də pərəstişkarlarının qarşısında konsert proqramı ilə çıxış edəcək.
İNFOAZ.WS xəbər verir ki, redaksiyamıza biletlərin qiymətlərinin suni şəkildə artırılması ilə bağlı şikayət daxil olub.
“Biletlərin qiymətləri suni şəkildə artırılıb. Ayaqüstü zonaya olan biletlər (70azn) 1 saat içində bitib və yenidən satışa çıxarılıb, bu dəfə isə qiymətlər artırılıb (90azn).Eyni qayda ilə VİP zonaya olan biletlər ilk öncə 300 azn-ə satışa çıxarılıb daha sonra 2000 azn-ə qaldırılıb.”
Sözügedən məsələ ilə bağlı iticket-ə müraciət ünvanlasaqda onlar cavab verməyiblər.
Rauf,
İNFOAZ.WS