image-tbrz
imtahanbackend

Bu ixtisas ləğv edilməlidir – AÇIQLAMA

Günümüzdə bir çox məzun öz ixtisasına uyğun işləmir. Buna səbəb isə ixtisasa olan tələbin az olmasıdır.

Hansı ixtisaslara tələbat azdır?

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev İNFOAZ.WS-ə açıqlamasında bildirib ki, hazırda elə ixtisaslar var ki, bu ixtisasları bitirən tələbələr iş tapa bilmirlər.

təhsil eksperti Adil Vəliyev

Ekspert bu ixtisasların tələbələr tərəfindən abituriyent vaxtı yetərincə araşdırılmadan seçildiyini və onların əmək bazarına uyğun olub-olmadığını öyrənmədiklərini vurğulayıb. Nəticədə, universiteti bitirdikdən sonra məzunlar iş tapmaqda çətinlik çəkirlər.

“Bununla da tələbəlik dövründə 4 il müddətində həm vaxtlarını hədər etmiş olurlar, həm də maddi baxımdan xeyli itkiyə məruz qalırlar. Elə ixtisaslar var ki, bu ixtisası bitirdikdən sonra məzunlar özlərini müəyyən dərəcədə inkişaf etdirməlidirlər. Çünki gələcəkdə iş tapmaq üçün bu, vacibdir”.

Ekspertin sözlərinə görə, hazırda iqtisadiyyat və mühəndislik sahələrinə daha çox tələbat var.

“Amma iqtisadiyyat fakültəsinə aid elə ixtisaslar var ki, onlar ləğv edilməlidir”.

“Abituriyentlərə tövsiyəm budur ki, ixtisas seçməzdən əvvəl həmin ixtisas üzrə və universitetdən məzun olmuş biri ilə məsləhətləşsinlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki