image-tbrz
image-67c69e9c5f37167c69e9c5f3721741069980bf3c311fd6f178ea1d599ca769c282cabackend

Bir həftə ərzində 4000 şagirdin yerdəyişməsi baş tutub

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən İNFOAZ.WS-ə verilən məlumata görə, fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib.

Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–X sinifləri əhatə edir.

Bu günə qədər 9000-dən çox müraciət portala daxil edilib, 4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki