image-tbrz
image-67e51afbd471a67e51afbd471b1743067899d9de2b56dac7e584484881309b1ab24bbackend

Biləsuvarda dörd uşaq atası özünü asıb

Biləsuvarda intihar hadisəsi baş verib. Dörd uşaq atası özünü asıb.

İNFOAZ.WS-in verdiyi xəbərə görə, hadisə rayonun Xırmandalı kəndində baş verib.

Kənd sakini 1976-cı il təvəllüdlü Qabil Kazımov səhər saatlarında yaşadıqları evin həyətində olan yem anbarında özünü asaraq intihar edib.

Q. Kazımovun bu addımı atmasına səbəb səhhətində yaranan problemlərin olduğu deyilir.

Qardaşının sözlərinə görə, o, səhhəti ilə əlaqədar işləyə bimirdi. Son vaxtlar ailə ehtiyaclarına görə sıxılırdı: “Ünvanlı dövlət sosial yardımına müraciət etmişdi, müəyyən səbəbdən imtina verilmişdi”.

Qeyd edək ki, Q. Kazımov 4 uşaq atası idi.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki