Aprelin 21-də Bakı və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən İNFOAZ.WS-a verilən məlumata görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu:
Gecə: 10-12° isti
Gündüz: 16-21° isti
Atmosfer təzyiqi: 761 mm civə sütunu
Nisbi rütubət:
Gecə: 70-75%
Gündüz: 50-55%
Azərbaycanın rayonlarında hava proqnozu
Əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağış və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu:
Gecə: 6-11° isti
Gündüz: 20-25° isti
Dağlıq ərazilərdə:
Gecə: 2° şaxtadan 3°-dək isti
Gündüz: 8-13° isti