image-tbrz
image-22backend

Bəzi çaylarda sululuq artıb

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

Bu barədə İNFOAZ.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avtomat hidroloji stansiyaların aprelin 23-ü saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 7 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlü və Tərtərçay-Kəlbəcərdə 13 sm, Tərtərçay-Vəngdə 5 sm, Həkəriçay-Balasoltanlıda 3 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində səviyyə 19 sm artıb, su sərfi 670 m3/san olmaqla normanın 94%-ni təşkil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki