Mayın 9-da Bakı-Sumqayıt-Bakı istiqamətində qatarlar şənbə günü qrafiki üzrə hərəkət edəcəklər.
İNFOAZ.WS xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC məlumat yayıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həmin gün qeyri-iş günüdür.