image-tbrz
image-ecdcb2a7-7669-44fd-83a5-bec2a96feed3backend

Bank kartından oğurluq edən şəxs tutuldu

Səbail rayonu ərazisində bir nəfərin bank kartından 6000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

İNFOAZ xəbər verir ki,Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 44 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki