image-tbrz
image-28backend

Bakının bu rayonu susuz qaldı

Bakının Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı rayonun bəzi ərazilərində suyun verilməsində fasilə yaranıb.

İNFOAZ.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün ikinci yarısından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki