image-tbrz
image-img_8279backend

Bakının 2 rayonunda qaz olmayacaq

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İNFOAZ.WS xəbər verir ki, bu barədə məlumatı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Suraxanı rayonunun Hövsan qəsəbəsində isə qaz sayğaclarının giriş hissələrinin yığılması məqsədilə martın 6-da saat 10:00-dan etibarən qaz verilişi dayandırılacaq.

Fasilə müddətində Nəsimi rayonunun Mirzəağa Əliyev, Süleyman Ələsgərov, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli küçələri, Suraxanı rayonunun Hövsan qəsəbəsi, O. Şabanov küçəsinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki