image-whatsapp-image-2025-09-06-at-11-03-40_1757142321backend

Bakıdakı dəhşətli qəzanın görüntüləri yayıldı – 18+ VİDEO

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən dəhşətli qəzada həlak olanların şəxsiyyəti məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində qəzaya səbəb olan “KamAZ” markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Vahid Vaqif oğlu Əbdülov, “Changan” markalı minik avtomobilinin sərnişini, 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.

Hadisə nəticəsində xəsarət alan “Changan” markalı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimov isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Həkimlərin səyinə baxmayaraq, Y.İbrahimov Kliniki Tibbi Mərkəzdə vəfat edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki