image-tbrz
image-bina-sokuntubackend

Bakıda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açıldı

Bakıda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb.

İNFOAZ.WS xəbər verir ki, bu barədə Report-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki