Bakıda iki qadını avtomobil vurub.
İNFOAZ.WS lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib.
“Kia Rio” markalı avtomobil 31 yaşlı Pikə Ağarzayeva və onun həmyaşıdı Gülcahan Quliyevanı vurub. Qadınlar hər ikisi hadisə yerində keçiniblər.
Faktla bağlı araşdırma aparılır