image-tbrz
image-ea21b2cc-cc45-49e8-8bcb-54927334b2c0backend

Azyaşlılar sosial media hesablarından istifadə edə bilməyəcəklər?

16 yaşdan aşağı uşaqlar sosial media hesablarından istifadə edə bilməyəcəklər?

İNFOAZ.WS Habertürk TV-ə istinadla bildirir ki , Abdulkadir Uraloğlu, Habertürk TV-nin Baş Redaktoru Mehmet Akif Ersoyun suallarını cavablandırıb. Nazir Uraloğlu , 16 yaşdan aşağı şəxslərin sosial media hesabı aça bilməməsi ilə bağlı gündəmlərində tənzimləmə olduğunu bildirib. O , həmçinin Türkiyənin 5G texnologiyasına keçidlə bağlı ilk siqnalları 2026-cı ildə alacağını qeyd edib:

Nazir Uraloğlu açıqlamasında bildirib:

“75 MİLYON İNSANIN SOSİAL MEDİA HESABI VAR, dünyada bir çox ölkə sosial media platformaları ilə bağlı fərqli tənzimləmələri həyata keçirir . Keçən aylarda bir sosial media platformasının məhdudlaşdırıldığını gördük. TikTok-un bəzi ölkələrdə qadağan edilməsi buna misaldır . Türkiyədə isə təxminən 75 milyon sosial media hesabı mövcuddur. Instagram və YouTube-da böyük istifadəçi kütləsi var . Artıq demək olar ki, doğulan hər uşağa hesab açırıq. 16 yaşdan aşağı şəxslərin yaşlarına uyğun olmayan məzmunlara rast gəldiyini görürük . Şiddəti təşviq edən, həmyaşıd zorakılığını artıran məzmunlara qədər uzanan bir çox problem var. Xüsusilə gənc yaş qrupları yalan xəbərlərə daha asan inanır və bu , cəmiyyətdə ciddi bir problem yaradır . Bu mövzuda tənzimləmə aparmaq istəyirik”.

Fatimə Məmmədova

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki