image-tbrz
image-67c6f7f8b323367c6f7f8b3234174109285667c6f7f8b323167c6f7f8b3232backend

Azercell: “Asan İmza” fəaliyyətini bərpa edib

“Asan İmza”nın tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilib.

Bu barədə İNFOAZ.WS-in sorğusuna cavab olaraq Azercell-dən bildirilib:

“”Asan İmza” xidmətində bəzi əməliyyatların keçməsində müəyyən gecikmələr müşahidə olunurdu. Tərəfimizdən xidmətin fəaliyyətini təmin edən aidiyyəti qurumlar, tərəfdaş və xidmət təchizatçıları ilə dərhal əlaqə saxlanılıb. Görülmüş zəruri tədbirlər nəticəsində hazırda xidmətdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilmişdir” – deyə açıqlamada qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki