image-tbrz
Azərbaycanlı gənclər növbəti dəfə “Point Blank” üzrə dünya çempionu oldubackend

Azərbaycanlı gənclər növbəti dəfə “Point Blank” üzrə dünya çempionu oldu

“Point Blank” oyunu üzrə dünya çempionatı başa çatıb.

İNFOAZ.WS xəbər verir ki, Azərbaycanlı və türkiyəli oyunçulardan ibarət “Dənizbank İstanbul WildCats” komandası yarışların qalibi olub.

Həmyerlilərimiz final qarşılaşmasında Tayland komandasını 3:1 hesabı ilə məğlub ediblər.

Üçüncü yeri isə İndoneziya klubu tutub.

“Dənizbank İstanbul WildCats” komandası ümumilikdə 55 min dollarlıq pul mükafatının qalibi olub.

 Məryəm,

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki