image-tbrz
putin ilham eliyevbackend

Azərbaycanla Rusiya arasında münasibətlər pisləşir? – AÇIQLAMA

Rusiya Azərbaycandan üzr istəyəcəkmi? Azərbaycanın Rusiya ilə münasibətləri pisləşəcəkmi?

Mövzu ilə bağlı Turan Rzayev İNFOAZ.WS-a açıqlamasında qeyd edib ki, Rusiya üzr istəməli, yaralılara, həyatını itirənlərə təzminat ödəməli, hadisədə əli olanları məsuliyyətə cəlb etməlidir.

Vətən Səsi | Onlayn qəzet

“Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar”. Azərbaycan Prezident Administrasiyasına bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək.
Faktiki olaraq təyyarəmiz Aktau sahilinə qədər uça bilib və “qara qutu” tapılıb. Yəni, Rusiya məsələdən yayına bilməz”.

Politoloqun sözlərinə görə, Kremlin səssizliyi diqqət çəkir.

“Əgər bu sükut davam edərsə, Bakı Moskvaya nota verə bilər. Əgər bunu etməsə, iki ölkənin münasibətləri zərər görə bilər”.

Fatimə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki