image-tbrz
Azərbaycanda qaz limiti ləğv olunacaq? - AÇIQLAMAbackend

Azərbaycanda qaz limiti ləğv olunacaq? – AÇIQLAMA

Qaz limiti Azərbaycanda Nazirlər kabineti tərəfindən təsdiq edilir. Qaz limitini keçdikdə əlavə qaz yüksək tariflə hesablanır.

Bəs Azərbaycanda qaz limiti ləğv oluna bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli İNFOAZ.WS-ə bildirib ki, qaz limitinin ləğvi ucuz qaz anlamına gəlmir. İndiki halda hökümət gəliri qazdan topladığı pul ilə satdığı həcm arasında analiz aparır.

Xalid Kərimli Archives - Tempinfo.az

O, qaz limitinin aradan qalxması ilə daha bahalı qaz tarifi olacağını deyib:

“Biz fikirləşməyək ki, qaz limiti ləğv olunsa tarif ucuz olacaq. Xeyr, belə olmayacaq. Hökümət qazdan ümumi nə qədər pul topladığına və nə qədər qaz satdığına baxır. Bu da ədalətlidir. Çünki hökümət qazı hamıya eyni qiymətə satır”.

Onun sözlərinə görə, kiçik evi olan, imkanları məhdud olanlar həm qənaətə meyilli olurlar həmdə qazdan az istifadə etdiklərinə görə az pul verirlər. Evi böyük olan onsuzda imkanlıdır. Yüksək tarif verir.

“İndiki sistem diferensiallaşmış, ədalətli, sosialyönümlü sistemdir. Ona görə ədalətlidir ki, qənaəti təşviq edir”.

“Qaz limiti ləğv olunarsa qaz tarifi bahalaşa bilər. Bu sistemın ləğvini təşkil etmək yanlışdır”.

Qeyd edək ki, bu sistem qənaətə meyilli sistemdir.

Fatimə Məmmədova

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki