image-tbrz
tabut vefat etdibackend

Azərbaycanda keçmiş nazir vəfat etdi – FOTO

Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib.

İNFOAZ.WS xəbər verir ki, bu barədə onun həmkarı, sabiq rabitə naziri Sirus Abasbəyli bildirib.

Ş.Musayev 82 yaşında dnyasını dəyişib.

O, 1990-1992-ci illərdə rabitə naziri vəzifəsini tutub.

Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olub. İxtisasca avtomatik elektrik rabitə mühəndisidir.

Əmək fəaliyyətinə Bakı elektrik-quraşdırma məmulatları zavodunda elektrik çilingəri kimi başlayıb. 1966-cı ildən 1976-cı ilədək “Azərsənayeelektroquraşdırma” trestinin Bakı Sənayerabitəquraşdırma İdarəsində mühəndis, böyük mühəndis, rəis müavini, baş mühəndis və rəis vəzifələrində işləyib. Şamil Musayev 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini təyin edilmiş, 1982-ci ildən Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini vəzifəsində çalışmışdır. 1989-cu ilin may ayından “Azərxüsusitikintiquraşdırma” ərazi-tikinti-quraşdırma birliyi rəisinin müavini olub.

1990-cı ilin aprel ayında Azərbaycan SSR rabitə naziri təyin edilib. O, bu vəzifədə 1992-ci ilin iyun ayınadək çalışıb.  /Bakupost.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki