Ötən ay Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 273,5 milyon manat dəyərində xidmət göstərib.
Bu barədə İNFOAZ.WS-ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur.
Bu xidmətlərin 73%- əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 37,7%-i və ya 103,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.