2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 1540.6 ton çay istehsal edilib.
Dövlət Statistika Komitəsindən İNFOAZ.WS-ə verilən məlumata görə, çay istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.7% azalıb.
Hesabat dövründə ölkəyə 18 milyon 610 min ABŞ dolları dəyərində 3047 ton çay idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2.1 dəfə, həcm ifadəsində isə 73% artıb.
Qeyd edək ki, cari ilin ilk 2 ayında Azərbaycandan 1 milyon 105.9 min ABŞ dolları dəyərində 122.9 ton çay ixrac edilib. Çay ixracı 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə dəyər ifadəsində 20.8%, həcm ifadəsində isə ifadəsində 24.5% artıb.
Xatırladaq ki, çayın 1 kiloqramının orta ixrac qiyməti qiyməti 15.3 manat, orta idxal qiyməti isə 10.4 manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ay Azərbaycanda 500 qramlıq yerli çayın orta satış qiyməti 12 manat 54 qəpik, 500 qramlıq idxal çayının orta pərakəndə satış qiyməti isə 13 manat 25 qəpik təşkil edib.