Goranboyda baş verən qəzada xəsarət alanların adları məlum olub.
İNFOAZ.WS APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar Gəncə şəhər sakinləri 1960-cı il təvəllüdlü İ.Əliyeva, 1954-cü il təvəllüdü T.Həsənova, Bakı şəhər sakinləri 1968-ci il təvəllüdlü S.Həmidova, 1961-ci il təvəllüdlü L.İsaqov, Goranboy rayon sakini 1980-cı il təvəllüdlü S.Qasımov, Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Q.Huseynova və Göygöl rayon sakini 1963-cü il təvəllüdlü Z.Həsənovadır.
Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.