image-tbrz
image-67e92a0e3feb967e92a0e3feba174333390267e92a0e3feb767e92a0e3feb8backend

Azərbaycan Prezidenti və Pakistan Baş naziri arasında telefon danışığı olub

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

İNFOAZ.WS-in xəbərinə görə, Pakistanın Baş naziri dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Məhəmməd Şahbaz Şərifi və Pakistan xalqını bayram münasibətilə təbrik edib, qardaş Pakistana firavanlıq və ruzi-bərəkət arzulayıb.

Pakistanın Baş naziri təbriklərə görə təşəkkürünü bildirib.

Məhəmməd Şahbaz Şərif bu il ölkəmizə dövlət səfərini və Prezident İlham Əliyev ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb, səfər çərçivəsində verilmiş tapşırıqlara uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, sərmayələr və digər sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki