image-tbrz
Azərbaycan NATO-ya üzv olur, Türkiyə bazaları gəlir...backend

Azərbaycan NATO-ya üzv olur, Türkiyə bazaları gəlir…

Yanlış siyasəti nəticəsində Cənubi Qafqazda etibarlılığını itirən Rusiya özündə günah axtarmaq əvəzinə, Qərbi suçlamağa üstünlük verir.

İNFOAZ.WS Musavat.com-a istinadən xəbər verir ki, Kremlə yaxın “Svobodnaya pressa” son günlər Cənubi Qafqazdakı prosesləri Qərbin təsirləri prizmasından təhlil edir.

“Rusiya ilə Azərbaycan arasındakı gərginlik bizi Bakıya təkcə siyasi deyil, həm də hərbi baxımdan daha yaxından baxmağa məcbur edir. Bu, Azərbaycanın NATO-ya daxil olma ehtimalı və bu Qafqaz respublikasının ərazisində türk hərbi bazasının qurulması müzakirələridir”, – deyə, sayt öz məqaləsində yazır. “Təhlil”də hətta belə nəticə çıxalır: “Azərbaycan öz seçimini edib. Bakı Qarabağdakı qələbədən sonra NATO ilə daha böyük əməkdaşlıq haqda düşünməyə başlayıb. Azərbaycanda NATO-nun ən böyük bazasının tikilməsi ehtimalı ilə bağlı yayılan məlumatlar bu ölkənin İran və Rusiyaya təzyiq alətinə çevrildiyini təsdiqləyir”.

İddia olunur ki, guya Bakı Moskva ilə iqtisadi layihələrə, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizində iştirakına isti baxmır, 2030-cu ilə qədər bu layihəyə 280 milyard rubla qədər vəsait ayırmaq niyyətində olan Rusiya indi planlarına yenidən baxmaq zərurəti ilə üzləşib. Rusiya nəşrinin əsas narahatlığının son günlər cəmiyyətdə Türkiyə bazasının Azərbaycanda qurulması olduğunu gizlətmir.

“Azərbaycanda Türkiyənin hərbi bazasının yaranması ehtimalı və NATO-ya daxil olması perspektivləri necədir” sualına politoloq, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi və Sosial-Psixoloji Proseslər kafedrasının dosenti Aleksandr Perendjiyev cavab verib.

“NATO Azərbaycandan Rusiya və İrana təzyiq göstərmək üçün istifadə etməyi planlaşdırır. Bu respublikanın ərazisində Türkiyə və ya hər hansı digər hərbi baza peyda olarsa, bu, Rusiyanın strateji tərəfdaşı olan İran üçün birbaşa hərbi təhdid olacaq”.

O da iddia olunub ki, guya Rusiya ilə strateji müttəfiqlik müqaviləsi Qərbi dərhal narahat edib: “Nəticədə 2023-cü ildə Böyük Britaniyanın Azərbaycandakı səfirliyində hərbi attaşe vəzifəsi bərpa edilib. İngiltərənin, məlum olduğu kimi, ənənəvi olaraq Qafqazda maraqları var”.

“Ermənistanın antirusiya mövqeyi, Moskvanın Bakı ilə münasibətlərində yaranan gərginlikdən sonra xarici aktorlar Cənubi Qafqazda vahid qərbyönlü geosiyasi mənzərə yaratmaq üçün Gürcüstanda sabitliyi pozmağa cəhd edəcəklər”. Sözügedən nəşrin daha bir məqaləsində belə deyilir. Məqalədə iddia olunur ki, Avropa Birliyinin və Avropa Parlamentinin Gürcüstanla bağlı son qərarları və sərt sanksiya hədələri Tiflisə yenidən inqilabi əhval-ruhiyyınin qaytarılmasına hesablanıb. Rusiya nəşri Brüsseli bu ölkədə qarışıqlıq yaratmaqda ittiham edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki