image-tbrz
image-52backend

Azərbaycan NATO-ya bağlı bu mərkəzə qoşuldu

Azərbaycanın NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə (DGMM/MARSEC COE) qoşulması üçün texniki razılaşma imzalanıb.

İNFOAZ.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə MN məlumat yayıb.

Qeyd olunub ki, sənədə imzanı DGMM sponsor ölkələri – Türkiyə, Portuqaliya, Rumıniya, Yunanıstan və Azərbaycan nümayəndələri atıb:

“Bu tənzimləmə (sənəd) ilə NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzində Azərbaycan bayrağı dalğalanacaq və mərkəzdə Azərbaycanlı şəxsi heyət daimi fəaliyyət göstərəcək”.

NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi haqqında

NATO-nun dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış tədqiqat və təlim mərkəzlərindən biridir. Bu cür Mükəmməllik Mərkəzləri (Centres of Excellence – COE) NATO-nun müttəfiq ölkələri tərəfindən təsis edilir və hərbi, eləcə də strateji sahələrdə alyansa dəstək vermək məqsədini güdür.

Mərkəzin əsas funksiyaları:

– Dəniz təhlükəsizliyinin gücləndirilməsi – dəniz əməliyyatlarının təhlükəsizliyini artırmaq üçün strategiyalar və təlimatlar hazırlayır.

– Tədqiqat və təhlil – dənizdəki təhdidləri və riskləri araşdıraraq NATO ölkələrinə tövsiyələr verir.

-Təlim və tədris proqramları – NATO və tərəfdaş ölkələrin dəniz qüvvələri üçün təlimlər keçirir.

– Beynəlxalq əməkdaşlıq – dəniz təhlükəsizliyi ilə bağlı müttəfiq və tərəfdaş ölkələrlə birgə fəaliyyət göstərir.

Mərkəzin yerləşməsi və təşkili

NATO-nun Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi 2023-cü ilin mart ayında rəsmi olaraq Türkiyənin İstanbul şəhərində fəaliyyətə başlayıb. Mərkəz Türkiyə Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə yaradılıb və NATO-nun təsdiqlədiyi ixtisaslaşmış bir qurumdur. Bu mərkəz NATO daxilində dəniz təhlükəsizliyi sahəsində bilik və təcrübənin inkişafına xidmət edir və müasir dövrdə dənizdə artan risklərə qarşı effektiv həll yolları təklif edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki