Bu il Azərbaycandan olan məktəblilərin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq.
İNFOAZ.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərkosmos”un nəzdində Kosmik Akademiyanın rəhbəri İmran Muxtarov deyib.
O qeyd edib ki, peyk “SpaceX” raketi vasitəsilə buraxılacaq:
“Layihədə 41 məktəbdən 750 məktəbli iştirak edib. İlin sonunda “SpaceX” kosmik raketi ilə peykin kosmosa buraxılması, daha sonra onun idarə edilməsi, məktəblilərə kosmos elmi sahəsində yeniliklərin araşdırılması baxımından böyük töhfə vermiş olacaq”.