image-tbrz
image-1271389backend

Azərbaycan “Avroviziya”da nə vaxt çıxış edəcək? – SİYAHI

Azərbaycan “Avroviziya 2025″in birinci yarımfinalında 10 nömrə ilə çıxış edəcək.

İNFOAZ.WS news24.az-a istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb.

Eyni yarımfinalda Azərbaycanla yanaşı daha 15 ölkə – İslandiya, Polşa, Ukrayna, Albaniya, Norveç və digərləri çıxış edəcək.

Xatırladaq ki, “Avroviziya 2025” mayın 13-də (birinci yarımfinal), 15-də (ikinci yarımfinal) və 17-də (final) İsveçrənin Bazel şəhərində keçiriləcək.

Azərbaycan müsabiqədə “Run with U” mahnısı ilə təmsil olunacaq. Mahnının müəllifləri Həsən Heydər, Roman Zilianev və Asəf Mişiyevdir, ifaçı isə Mamagama qrupudur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki