image-tbrz
image-israil-teyyarebackend

AZAL təyyarəsi qəzaya uğradı – İsraildən qərar

İsrailin “El-Al” aviaşirkəti Moskvaya bütün reysləri ləğv edib.

İNFOAZ.WS xəbər verir ki, bu barədə İsrail Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, buna səbəb Rusiyanın hava məkanında AZAL-a məxsus təyyarənin Rusiya HHM sistemləri vasitəsilə vurulmasıdır.

25 dekabrda Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarə Qroznı səmasında Rusiya HHM sistemlərinin hücumuna məruz qalıb.

Təyyarədə olan 67 sərnişindən 38-i həlak olub, 29 nəfər sağ qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki