image-tbrz
image-2backend

Azad olunmuş ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

İNFOAZ.WS-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

“Peşə təhsili haqqında” qanuna da uyğunlaşdırma xarakterli dəyişiklik edilib.

Bu Qanun 2025-ci il sentyabrın 15-dən qüvvəyə minir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki