İddialara görə, müğənni Aysun İsmayılova eşq acısı çəkir
İNFOAZ.WS yenisabah-a istinadla xəbər verir ki, ifaçı sosial media hesabında etdiyi paylaşım ilə diqqətləri üzərinə çəkib.
O, paylaşımlarının belə bir mahnı da oxuyaraq izləyiciləri ilə bölüşüb:
“Hər gün əzab oldu niyə biz uzaq olduq?
Sənə olan sevgimi bilsən
Gəlib yanımda dayanarsan
Sənə olan hissimi bilsən yoxluğundan utanarsan”
İfaçı izləyiciləri ilə bölüşdüyü qəmli sözlər və melanxolik paylaşımlarla eşq acısı yaşadığını büruzə verib.
Qeyd edək ki, Aysun İsmayılova son zamanlar səhnə fəaliyyətləri və musiqi layihələri ilə məşğul olsa da, şəxsi həyatı ilə bağlı məlumatları mediadan uzaq tutmağa çalışır. Lakin sosial şəbəkələrdəki bu cür paylaşımlar onun yaşadığı emosional vəziyyəti izləyicilərinə ötürməyə kifayət edir.